...

ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 24 Oktyabr 2021 07:55 (UTC +04:00)
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın Kerrvil şəhərində (Texas ştatı) draq-reysinq üzrə yarışlarda (düz xətt üzrə avtomobil yarışı - red.) qəza baş verib.

Trend-in məlumatına görə, bu barədə şəhərin polis idarəsinin "Facebook" səhifəsində bildirilir.

Məlumata əsasən, avtomobillərdən biri idarəetməni itirərək tamaşaçıların yaxınlıqda park edilən avtomobillərinə çırpılıb: "Qəza iki nəfərin həyatına son qoyub: altı yaşlı uşaq hadisə yerində həlak olub, səkkiz yaşlı uşaq isə Kerrvildəki Piterson adına Regional Tibb Mərkəzinə çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb".

Bildirilir ki, qəza nəticəsində həmçinin 8 nəfər xəsarət alıb. Onlardan 4-ü ağır, ikisi uşaq olmaqla daha 4-ü isə yüngül xəsarətlər alıblar.

İnsidentin səbəbi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti