...

Dünya Bankı BVF direktorunun öz müdafiəsi üçün iclasın keçirilməsi müraciətini qəbul etməyib

Dünya xəbərləri Materials 27 Oktyabr 2021 11:52 (UTC +04:00)
Dünya Bankı BVF direktorunun öz müdafiəsi üçün iclasın keçirilməsi müraciətini qəbul etməyib

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Dünya Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyevanın öz müdafiəsi üçün iclasın keçirilməsi müraciətini qəbul etməyib.

Trend-in məlumatına görə, K.Georgiyevanın vəkili Uitni Debevua ötən həftə Dünya Bankına müraciət edərək müvəkkilinin Bankın idarə heyətinin sədri olarkən reytinqlərin təşkili zamanı təzyiq göstərməsi ittihamlarından müdafiəsi məqsədilə iclasın keçirilməsi üçün müraciət edib.

Dünya Bankının İdarə Heyəti öz növbəsində bildirib ki, bankın keçmiş və indiki əməkdaşları tərəfindən mümkün qayda pozuntuları ilə bağlı da araşdırmada K.Georgiyeva iştirak etmədiyi üçün iclasın keçirilməsi məqsədəuyğun hesab edilmir.

Qeyd edək ki, BVF-nin direktoru Dünya Bankının rəhbəri vəzifəsində olarkən əməkdaşlardan Çinin biznes reytinqlərinin yüksək göstərilməsini tələb etməkdə ittiham olunur. Bundan başqa, onun Azərbaycan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin reytinqlərinə müdaxilə etməsi də müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti