...

Roma papası Co Baydenlə görüşüb

Dünya xəbərləri Materials 29 Oktyabr 2021 16:45 (UTC +04:00)
Roma papası Co Baydenlə görüşüb

Bakı. Orxan Nəbiyev - Trend:

Roma Papası I Fransisk ABŞ prezidenti Co Baydeni qəbul edib.

Trend-in məlumatına görə, Vatikanın Apostol sarayında keçirilən görüş rəsmi protokolda nəzərdə tutulduğundan daha çox - 90 dəqiqəyə yaxın davam edib.

Görüş zamanı müzakirə olunan məsələlər barədə mətbuata məlumat verilməyib.

Qeyd olunur ki, C.Bayden Vatikana səfər etmiş 14-cü ABŞ prezidenti olub.

Bundan əvvəl I Fransiskin Donald Trampla görüşü 30 dəqiqə, Barak Obama ilə görüşü 50 dəqiqə davam etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti