...

Almaniyada koronavirusa yoluxma sayı antirekord vurub

Dünya xəbərləri Materials 4 Noyabr 2021 14:37 (UTC +04:00)
Almaniyada koronavirusa yoluxma sayı antirekord vurub

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyada son sutka ərzində 33 949 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Trend-in məlumatına görə, Almaniyada bugünədək ən yüksək göstərici bu il aprelin 22-də qeydə alınmış, həmin gün 29 518 nəfər virusa yoluxmuşdu.

Eyni zamanda, son sutkada 165 nəfər koronavirusun qurbanı olub.

Bugünədək Almaniyada koronavirusa yoluxanların sayı 4,67 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 97 min nəfərə yaxınlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti