...

ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb

Dünya xəbərləri Materials 27 Noyabr 2021 03:47 (UTC +04:00)
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb

Bakı. Trend:

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) noyabrın 30-dan dekabrın 3-dək Cenevrədə keçiriləcək XII Nazirlər Konfransı təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi xəbər verib.

Mənbələrin sözlərinə görə, tədbirin təxirə salınmasının əsas səbəbi koronavirusun yeni ştammının aşkarlanması da daxil olmaqla səhiyyə sektorunda vəziyyətin pisləşməsi ilə bağlı qorxular olub.

Qeyd edək ki, Nazirlər Konfransında ÜTT-yə üzv olan 164 ölkə və ərazinin ticarət nazirləri iştirak edir, təşkilatın ali idarəetmə orqanı hesab edilir və adətən iki ildən bir keçirilir. Bundan əvvəlki konfrans 2017-ci ilin dekabrında Buenos-Ayresdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti