...

"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib

Dünya xəbərləri Materials 29 Noyabr 2021 01:50 (UTC +04:00)
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib

Bakı. Trend:

"Formula 1"in "Williams" komandasının yaradıcısı və sabiq rəhbəri Frenk Uilyams vəfat edib.

Trend-in məlumatına görə, bu barədə komandanın "Twitter" səhifəsində paylaşım edilib.

Məlumata əsasən, Uilyamsın 79 yaşı olub. Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, britaniyalı Frenk Uilyams "Williams" komandasını 1966-cı ildə yaradıb. Son dəfə 1997-ci ildə olmaqla komanda 9 dəfə Konstruktorlar Kubokunun qalibi olub.

"Williams" yarandığı müddətdən sonrakı dövrdə komandanın pilotları 114 dəfə müxtəlif Qran Prilərdə qalib gəlirlər. Komandanın 7 pilotu dünya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti