...

Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb

Dünya xəbərləri Materials 30 Noyabr 2021 15:03 (UTC +04:00)
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 174 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 1 170 dollar ətrafında alınıb-satılır.

Səhər saatlarında təbii qaz Avropa birjalarında ötən günlə müqayisədə 7 faiz bahalaşıb.

Xatırladaq ki, Avropada təbii qaz qiymətlərinin artması sentyabrın əvvəllərindən etibarən başlayıb. Avqustun sonunda təbii qazın min kubmetri 590 avro olsa da, oktyabrın əvvəllərində bu rəqəm 1 957 avro səviyyəsinə çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti