...

Livanın informasiya naziri istefa verib

Dünya xəbərləri Materials 3 Dekabr 2021 17:19 (UTC +04:00)
Livanın informasiya naziri istefa verib

Bakı. Orxan Nəbiyev - Trend:

Livanın informasiya naziri Corc Kordahi istefa verib.

Trend-in məlumatına görə, bu barədə bu gün nazir özü jurnalistlərə bildirib. O, istefa ərizəsini ölkə prezidenti Mişel Auna təqdim etdiyini deyib.

Qeyd olunur ki, C.Kordahi bir neçə ay əvvəl "Əl-Cəzirə" telekanalının efirində Yəməndə husi qiyamçılarını müdafiə edərək Səudiyyə Ərəbistanını və digər Körfəz ölkələrini bu ölkəyə hücumda ittiham etmişdi.

Nazirın açıqlamaları Livanla bir sıra ölkələrin münasibətlərinin gərginləşməsinə səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti