...

Almaniyanın yeni kansleri seçilib

Dünya xəbərləri Materials 8 Dekabr 2021 13:45 (UTC +04:00)
Almaniyanın yeni kansleri seçilib

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniya bundestaqında keçirilmiş səsvermə nəticəsində Sosial-demokrat partiyasının sədri Olaf Şolts ölkənin yeni kansleri seçilib.

Trend-in məlumatına görə, onun lehinə 395 nəfər, əleyhinə 303 deputat səs verib.

Gün ərzində O.Şolts Almaniya prezidenti ilə görüşdükdən sonra and içəcək və vəzifələrinin icrasına başlayacaq.

Qeyd edək ki, o, bu vəzifədə Angela Merkeli əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti