...

ABŞ-da tornadodan zərər çəkən fabrikin dağıntıları altında təxminən 40 nəfər ola bilər

Dünya xəbərləri Materials 12 Dekabr 2021 04:46 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Meyfild şəhərində (Kentukki ştatı) güclü tornado nəticəsində şam fabrikini dağılıb, dağıntılar altında təxminən 40 nəfərin ola biləcəyini ehtimal edilir.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı dairə koroneri Qreyvs Bred Consona istinadən bildirib.

Məlumata əsasən, təbii fəlakət zamanı binada 110-a yaxın işçi çalışıb:

"Təxminən 40 nəfərin taleyi naməlum olaraq qalır".

Şəhər rəsmilərinin sözlərinə görə, kilsələr dağıdılıb, su təchizatı işləmir, işıq yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti