...

İtaliyada yaşayış binasında qaz partlayışı olub, ölənlər var

Dünya xəbərləri Materials 12 Dekabr 2021 07:52 (UTC +04:00)
İtaliyada yaşayış binasında qaz partlayışı olub, ölənlər var

Bakı. Trend:

İtaliyanın Siciliya adasının Ravanusa kommunasında qaz partlayışı nəticəsində ən azı 12 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Giornale di Sicilia" qəzeti xəbər verib.

Məlumata əsasən, itkin düşənlər arasında üç uşaq və bir evli cütlük var. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilməyib.

Bildirilib ki, partlayış nəticəsində beş mərtəbəli bina uçub və iki qonşu binaya ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti