...

Almaniyada buzlu yağış səbəbindən 50-yə yaxın avtomobilin iştirakı ilə qəza baş verib

Dünya xəbərləri Materials 24 Dekabr 2021 02:33 (UTC +04:00)
Almaniyada buzlu yağış səbəbindən 50-yə yaxın avtomobilin iştirakı ilə qəza baş verib

Bakı. Trend:

Almaniyanın Bavariya federal əyalətinin Amberg şəhəri yaxınlığında 50-dək avtomobilin iştirakı ilə qəza baş verib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Qəzanın baş verdiyi 6 nömrəli avtoban hazırda hər iki istiqamətdə tamamilə bağlanıb. Yol qəzasına səbəb buzlu yağış olub.

Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bütün Almaniyanın Yuxarı Frankoniya inzibati dairəsində buzlu yağış yağıb. Hətta müvafiq orqanların əməkdaşları belə qəza yerinə çatmaqda çətinlik çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti