Bakı. Trend:
Qazaxıstanda yeni növ koronavirus infeksiyasının (COVID-19) "omikron" ştamına ilk yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ştamma 8 yoluxma halı - 7-si Almatıda, 1-i isə Nur-Sultanda qeydə alınıb.