...

Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri 23 Yanvar 2022 05:18 (UTC +04:00)
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Peru hökuməti yanvarın ortalarında baş vermiş neft dağılmasından zərər çəkmiş Limanın şimalındakı ərazilərdə fövqəladə ekoloji vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ətraf mühitin mühafizəsi Nazirliyi bildirib.

Nazirlik qeyd edib: "Hökumət həftə sonu neft dağılmasından sonra zədələnmiş sahil dəniz ərazisi də daxil olmaqla ərazilərdə 90 iş günü ərzində ekoloji fövqəladə vəziyyət elan edib. Əhalinin sağlamlığının qorunması məqsədilə ətraf mühitin çirklənməsinin azaldılması üçün müvafiq bərpa və reabilitasiya işlərinin aparılması, ziyan dəymiş ərazilərin davamlı idarə olunmasını təmin etmək üçün [tədbirlər tətbiq edilib]".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti