...

Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub

Dünya xəbərləri 23 Yanvar 2022 10:30 (UTC +04:00)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub

Bakı. Trend:

Qara dənizdə göyərtəsində 700 ton mazut daşıyan tankerdə yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən bildiriblər.

Məlumata əsasən, yanğın Komor adaları bayrağı altında üzən "Almuntazah" adlı tankerin maşın otağında başlayıb.

Bildirilib ki, tanker Taman limanında sahildən 1,2 mil aralıda, lövbərdə durub. "Açıq alov yoxdur, lakin havalandırma dəliklərindən qara tüste çıxır.

Tankerin heyət üzvləri 7 nəfər Rusiya vətəndaşıdır. Xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edilir ki, tankerin heyəti yardım istəməyib, xilasedicilər hazırda kənardan müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti