...

Dekabrda Rusiyada COVİD-19 diaqnozu ilə 50 mindən artıq insan ölüb

Dünya xəbərləri Materials 29 Yanvar 2022 01:03
Dekabrda Rusiyada COVİD-19 diaqnozu ilə 50 mindən artıq insan ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

2021-ci ilin dekabr ayında Rusiyada koronavirus diaqnozu qoyulan 54 630 nəfər ölüb, onlardan 44 390 nəfərinin ölümünün əsas səbəbi COVID-19 olub.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Federal Xidmətindən bildiriblər.

Məlumata əsasən, daha 4 732 ölüm halında koronavirus əsas səbəb kimi təyin edilib, lakin daha dəqiq məlumat üçün əlavə tədqiqatlar aparılmalıdır.

Qeyd edilir ki, noyabarda bu göstəricilər müvafiq olaraq 87 527, 72 425 və 8 463-ə bərabər olub. Noyabr ayı ilə müqayisədə dekabrda koronavirus diaqnozu ilə ölüm hallarının sayı 38 faiz azalıb.

Ümumilikdə dekabr ayında Rusiyada 215 529 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti