...

"CNN" telekanalının rəhbəri istefa verdiyini açıqlayıb

Dünya xəbərləri Materials 2 Fevral 2022 21:17 (UTC +04:00)
"CNN" telekanalının rəhbəri istefa verdiyini açıqlayıb

Bakı. Trend:

"CNN" telekanalının prezidenti Ceff Zuker istefa verib.

Trend-in məlumatına görə, bu barədə telekanalının saytında bildirilir.

O, istefasını həmkarı ilə arasında yaranmış münasibətlər faktını vaxtında rəhbərliyə açıqlamaması ilə izah edib. Bu məlumat telekanalın keçmiş aparıcısı Kris Kuomoya qarşı aparılan araşdırma zamanı üzə çıxıb.

"Məndən münasibətlər başlayanda anlatmağım tələb edilirdi, amma mən anlatmadım. Səhv etmişəm", - deyə C.Zuker bildirib.

55 yaşlı C.Zuker 2013-cü ilin əvvəlində telekanalın prezidenti təyin edilib. Bundan əvvəl o, 25 ilə yaxın NBC teleşirkətində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti