...

ABŞ İndoneziyaya 14 milyard dollarlıq F-15 qırıcıları satacaq

Dünya xəbərləri Materials 11 Fevral 2022 05:35 (UTC +04:00)
ABŞ İndoneziyaya 14 milyard dollarlıq F-15 qırıcıları satacaq

Bakı. Trend:

ABŞ Dövlət Departamenti İndoneziyaya 13,9 milyard dollarlıq F-15 qırıcıları və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildiriblər.

"Nəzərdə tutulan razılaşma ABŞ-ın xarici xiyasəti məqsədlərinə və regionda mühüm tərəfdaşın təhlükəsizliyinin artırılması ilə milli təhlükəsizlik məqsədlərinə cavab verəcək. İndoneziyaya güclü və effektiv özünümüdafiə qabiliyyətini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın milli maraqları baxımından çox vacibdir", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, İndoneziya 36 ədədə qədər F-15 qırıcısı almaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti