...

Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək

Dünya xəbərləri Materials 15 Fevral 2022 23:02 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden fevralın 16-sı Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin yenilənmiş qrafikində deyilir.

"Prezident Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. O, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq olduğunu və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu təsdiq edəcək", - deyə Ağ Evin məlumatında deyilir.

Qeyd edilir ki, çıxış Bakı vaxtı ilə saat 00:30-a planlaşdırılır.

"ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanmaqda davam edir, lakin istənilən ssenariyə hazırdır", - deyə məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti