Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında fərman imzalayıb.
Trend-in məlumatına görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
"2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın", - deyə fərmanda bildirilir.
Rusiya Federasiyası hökumətinə və regionların hakimiyyət orqanlarına vətəndaşların hərbi toplanışa çağırılması və bu toplanışların keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Fərman dərc edildiyi gündən qüvvəyə minir.