...

Nigeriyada məcburi köçkünlərin düşərgəsində yanğın zamanı üç nəfər həyatını itirib

Dünya xəbərləri Materials 20 Fevral 2022 07:54 (UTC +04:00)
Nigeriyada məcburi köçkünlərin düşərgəsində yanğın zamanı üç nəfər həyatını itirib

Bakı. Trend:

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində məcburi köçkünlərin düşərgəsində baş vermiş yanğın nəticəsində azı 3 nəfər həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Borno Dövlət Fövqəladə Hallar Agentliyinin baş direktoru Yabava Kolonun sözlərinə görə, azı 3000 sığınacaq məhv olub.

Rəsmi məlumata görə, çadırlardan birində başlayan yanğın müvafiq yanğınsöndürmə qruplarının gec reaksiya verməsi nəticəsində digər sığınacaqları da məhv edib.

Agentlik rəhbəri zərərin səviyyəsini müəyyən etmək üçün qiymətləndirmə aparıldığını və qurbanların qida, sığınacaq və digər əşyalara ciddi ehtiyacı olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti