...

Məhkəmə Qazaxıstanın sabiq müdafiə naziri barəsində ilkin qərar verdi

Dünya xəbərləri Materials 22 Fevral 2022 10:35 (UTC +04:00)
Məhkəmə Qazaxıstanın sabiq müdafiə naziri barəsində ilkin qərar verdi

Bakı. Orxan Nəbiyev - Trend:

Qazaxıstanın sabiq müdafiə naziri Murat Bektanov həbs olunub.

Trend-in məlumatına görə, sabiq nazir bir müddət əvvəl yanvar hadisələri zamanı fəaliyyətsizlik ittihamı ilə saxlanmışdı.

Nur-Sultan xüsusi məhkəməsi M.Bektanov barədə iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. Məhkəmə işinin digər detalları açıqlanmayıb.

Xatırladaq ki, bu il yanvar ayında Qazaxıstanın iri şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Aksiyalar iğtişaşlara çevrildikdən sonra ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri daxil olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti