...

Çavuşoğlu Rusiyanı Ukraynadakı hərbi əməliyyatı dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 26 Fevral 2022 18:52 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı M.Çavuşoğlu Rusiyanı Ukraynadakı hərbi əməliyyatı dayandırmağa çağırıb və qeyd edib ki, bölgədə gərginliyin daha da artması heç kimə fayda verməyəcək.

Türkiyənin XİN rəhbəri bildirib ki, tərəflərin qarşılıqlı istəyi olarsa, Ankara Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti