...

Zaporojye AES-in ərazisindəki yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 4 Mart 2022 08:43 (UTC +04:00)
Zaporojye AES-in ərazisindəki yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.

Trend-in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

XXX

07:05

Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə AES-in mətbuat xidmətinin nüamayəndəsi Andrey Tuz özünün "Telegram" kanalında xəbər verib.

"Atom elektrik stansiyasında yanğın", - deyə o yazıb.

Qeyd edək ki, Enerqodar şəhərindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti