...

Ukrayna Zaporojye AES-in Rusiya qoşunlarının nəzarətinə keçdiyini bildirib

Dünya xəbərləri Materials 4 Mart 2022 12:03 (UTC +04:00)
Ukrayna Zaporojye AES-in Rusiya qoşunlarının nəzarətinə keçdiyini bildirib

Bakı. Trend:

Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi Rusiya qoşunları tərəfindən ələ keçirilib.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın Nüvə Tənmzimləməsi Dövlət Müfəttişliyinin mətbuat xidməti bildirb.

Qeyd olunur ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.

Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.

Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti