...

Macarıstan Rusiyadan enerji daşıyıcıları idxalına qadağa qoymayacaq - baş nazir

Dünya xəbərləri Materials 9 Mart 2022 21:29 (UTC +04:00)
Macarıstan Rusiyadan enerji daşıyıcıları idxalına qadağa qoymayacaq - baş nazir

Bakı. Trend:

Macarıstan ABŞ nümunəsinə uyğun olaraq hərəkət etməyəcək və Rusiya neft və qazının idxalına qadağa qoymayacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bunu respublikanın baş naziri Viktor Orban özünün rəsmi "Facebook" səhifəsində videomüraciətində bildirib.

O qeyd edib ki, Macarıstan hökumətinin bu məsələ ilə bağlı mövqeyini avropalı həmkarlarının diqqətinə çatdırıb.

"Mən açıq şəkildə bildirdim ki, biz ABŞ-dan nümunə götürə bilmərik, onlar dünən bu məhsullara qarşı sanksiyalar tətbiq ediblər, bu, Macarıstan üçün dözülməz bir yük olacaq, ona görə də bu sanksiyalarda bizə qoşulmaqdan söhbət gedə bilməz. Bizə hələ də Rusiyadan gələn qaz və neft lazımdır”, - Orban bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti