...

Macarıstanda ilk dəfə qadın prezident seçilib

Dünya xəbərləri Materials 10 Mart 2022 15:29 (UTC +04:00)
Macarıstanda ilk dəfə qadın prezident seçilib

Bakı. Orxan Nəbiyev - Trend:

Macarıstanda Katalin Novak ölkə prezidenti seçilib.

Trend-in məlumatına görə, onun namizədliyini parlamentdə deputatların üçdə iki hissəsi dəstəkləyib.

K.Novak Macarıstanda tarixində ilk qadın prezident olacaq.

O, bu vəzifədə hazırkı prezident Yanoş Aderi əvəz edəcək. Y.Aderin səlahiyyət müddəti mayın 10-da başa çatacaq.

Katalin Novak bunadək Macarıstanın ailə məsələləri üzrə naziri vəzifəsində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti