Bakı. Trend:
"Stellantis" avtokonserni Rusiya Federasiyasından avtomobil ixracını və xaricdən yerli bazara avtomobil tədarükünü dayandırıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin Rusiyadakı ofisindən bildiriblər.
"Rusiyadan "LCV" avtomobillərin ixracı tədarük zəncirinin pozulması səbəbindən müvəqqəti olaraq dayandırılıb. Biz gündəlik vəziyyəti izləyirik və çatdırılmaların davam etdirilməsi üçün ən yaxşı həll yollarını tapmağa çalışırıq", - deyə qeyd olunub.
Bildirilib ki, konsernin avtomobillərinin Rusiya Federasiyasına idxalı da dayandırılıb.
Qeyd edək ki, şirkət bir il əvvəl İtaliya-Amerika "Fiat Chrysler Automobiles" (FCA) və Fransanın "PSA Group" şirkətinin birləşməsi nəticəsində yaranıb.