...

Rusiya və Ukrayna ilə bağlı vəziyyət qlobal ərzaq təhlükəsizliyinin pisləşməsinə yol aça bilər - FAO

Dünya xəbərləri Materials 11 Mart 2022 17:07 (UTC +04:00)
Rusiya və Ukrayna ilə bağlı vəziyyət qlobal ərzaq təhlükəsizliyinin pisləşməsinə yol aça bilər - FAO
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya istehsal və ərzaq tədarükü zəncirində vacib yer tutan Rusiya və Ukrayna ilə bağlı vəziyyət qlobal ərzaq təhlükəsizliyinin pisləşməsinə yol aça bilər.

Trend-in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Tsuy Dunyuy deyib.

O bildirib ki, bu ölkələrdən taxıl və dənli bitkilərin tədarük zəncirində fasilələlər, eləcə də Rusiyaya tətbiq edilən ixrac məhdudiyyətləri ərzaq təhlükəsizliyinin səviyyəsinə təsir edəcək.

"Bunu ilk növbədə Rusiya və Ukraynadan 30 fazidən çox taxıl alan əlliyə yaxın ölkə hiss edəcək. Bu ölkələrin əksəriyyəti Afrikanın şimalında, Asiya və Yaxın Şərqdə yerləşir və azgəlirli, ərzaq çatışmazlığı qeydə alınan ökələr sırasındadır", - deyə o bildirib.

FAO baş direktoru ərzaq qiymətlərinin bahalaşması riski barədə də xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti