Bakı. Trend:
Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdən Rumıniya ilə sərhədə yaxın Çernivtsi şəhərinə köçürülür.
Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç deyib.
Onun sözlərinə görə, qərar Ukrayna paytaxtının atəşə tutulması fonunda təhlükəsizlik tələbləri nəzərə alınaraq qəbul edilib.