...

Meksikada kurortda baş verən qaz partlayışı azı iki nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 15 Mart 2022 07:25 (UTC +04:00)
Meksikada kurortda baş verən qaz partlayışı azı iki nəfərin həyatına son qoyub

Bakı. Trend:

Meksikanın kurort şəhəri Playa del Karmendə çimərlikdə yerləşən restoranda qaz partlayışı baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, azı iki nəfər həyatını itirib, daha 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 15 nəfəri restoran işçiləri, qalan 3 nəfər isə zəyarətçilər olduğu vurğulanır. Zərərçəkənlərin hansı ölkələrin vətəndaşları olduğu barədə məlumat verilmir.

Kintana Roo ştatının baş prokuroru bildirib ki, faciə Solidaridad bələdiyyəsinin çimərlik ərazisindəki restoranın mətbəxində qeydə alınan qaz sızması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti