...

Əlcəzairdə qaz partlayışı baş verib, 10 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Aprel 2022 02:28 (UTC +04:00)

Bakı. Trend:

Əlcəzairin Borc-Bu-Arreric şəhərində qaz partlayışı nəticəsində azı 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Məlumata əsasən, partlayış üçmərtəbəli binada baş verib. 7 nəfər hadisə yerində, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib, 17 nəfər yaralanıb.

Hakimiyyət orqanları partlayışın səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti