...

Fransa Rusiyanın 6 diplomatını "persona non-qrata" elan edib

Dünya xəbərləri Materials 11 Aprel 2022 23:31 (UTC +04:00)
Fransa Rusiyanın 6 diplomatını "persona non-qrata" elan edib

Bakı. Trend:

Fransa Rusiyanın ölkədəki 6 diplomatını "persona non-qrata" elan edib.

Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik üzrə Baş İdarə aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı üzə çıxarıb.

Diplomatik pərdə altında fəaliyyət göstərən və fəaliyyətləri milli maraqlarımıza zidd olan altı Rusiya agenti persona non-qrata elan edilib", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti