...

Bayden Hindistanın baş nazirini Rusiyadan neft idxalını artırmamağa çağırıb

Dünya xəbərləri Materials 12 Aprel 2022 03:25 (UTC +04:00)
Bayden Hindistanın baş nazirini Rusiyadan neft idxalını artırmamağa çağırıb

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden Hindistanın Baş naziri Narendra Modi ilə videokonfrans zamanı ondan Rusiya neftinin idxalını artırmamasını istəyib.

Trend "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.

Onun sözlərinə görə, C.Bayden bildirib ki, Vaşinqton Yeni Dehliyə enerji təchizatının diversifikasiyasına kömək edə bilər. ABŞ prezidentinin fikirincə, Rusiyadan neft və digər məhsulların idxalının artması Hindistanın maraqlarına uyğun deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti