...

Baydenin etimad reytinqi rekord səviyyədə aşağı düşüb

Dünya xəbərləri Materials 15 Aprel 2022 23:14 (UTC +04:00)
Baydenin etimad reytinqi rekord səviyyədə aşağı düşüb

Bakı. Trend:

Amerikalılar arasında ABŞ prezidenti Co Baydenə etimad reytinqi rekord həddə düşüb.

Trend xəbər verir ki, bu barədə yerli "CNN" kanalı bildirib.

Qeyd olunur ki, bu həftə dörd təşkilat tərəfindən dərc edilən sorğunun nəticələrinin ümumiləşdirilmiş araşdırmasından sonra Co Baydenə sosial etimad indeksi 41 faiz ətrafında olduğu aydınlaşıb. Eyni zamanda, sorğulardan birinin nəticələrinə görə, ABŞ prezidentinin reytinqi cəmi 33 faiz qiymətləndirilir.

Bu rəqəmlər Co Baydendən əvvəl ABŞ-a rəhbərlik etmiş digər Amerika liderlərinin reytinqləri ilə müqayisədə rekord səviyyədə aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti