...

Rusiyada Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda yanğın olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 21 Aprel 2022 15:11 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Tver şəhərində Hərbi-Kosmik Müdafiə Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub. Daha 30 nəfərin xəsarət aldığı bildirilir.

Bir nəfərin taleyi naməlum qalır. Binada olan əməkdaşlar təxliyə edilib.

Yanğın nəticəsində binanın damı çöküb.

Yanğın ümumilikdə min kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti