...

Aİ gələn həftənin əvvəlində Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq edə bilər

Dünya xəbərləri Materials 22 Aprel 2022 21:48 (UTC +04:00)
Aİ gələn həftənin əvvəlində Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq edə bilər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketi gələn həftənin əvvəlində baxılması üçün ölkələrə təqdim oluna bilər.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" nəşri məlumat yayıb.

Məlumata əsasən, yeni sanksiyalar paketi Rusiya neftinin idxalına bəzi qadağalar tətbiq edə və daha çox Rusiya bankının "SWIFT" beynəlxalq ödəniş sistemindən ayrılmasını təmin edə bilər.

Bildirilir ki, neft idxalına qarşı məhdudiyyətlər neftin növündən və onun dəniz və ya boru kəməri ilə çatdırılmasından asılı olaraq dəyişə bilər. Brüsseldə Aİ ölkələrinə Rusiyadan neft idxalına qadağanın qoyulmasına hazırlaşmaq üçün vaxtın verilməsi də müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti