...

Yaponiya sahillərində kruiz gəmisi batır

Dünya xəbərləri Materials 23 Aprel 2022 11:38 (UTC +04:00)
Yaponiya sahillərində kruiz gəmisi batır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın şimalında, Hokkaydo adası sahillərində kruiz gəmisi batır.

Trend-in məlumatına görə, bu barədə Yaponiya televiziyası bildirib.

Gəmidə 30-a yaxın şəxsin olduğu deyilir. Qeyd olunur ki, onlar xilasedici jiletlərini geyərək xilasedicilərin yaxınlaşmasını gözləyirlər.

Hadisə yerinə patrul qayıqları və təyyarələr göndərilib.

Qəzanın səbəbləri ilə bağlı açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti