...

Kosmik turistləri daşıyan Crew Dragon gəmisi Yerə qayıdıb

Dünya xəbərləri Materials 26 Aprel 2022 01:58 (UTC +04:00)
Kosmik turistləri daşıyan Crew Dragon gəmisi Yerə qayıdıb

Bakı. Trend:

Kosmik turistlərdən ibarət ekipajı daşıyan SpaceX-in Crew Dragon gəmisi iki həftədən çox müddətdən sonra bazar ertəsi Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıdıb.

Trend xəbər verir ki, qayıdış "Axiom Space" şirkətinin saytında canlı yayımda nümayiş etdirilib.

ABŞ-ın şərq sahili vaxtı ilə saat 13:00-da aparat atmosferin sıx təbəqələrinə daxil olub, bir neçə dəqiqədən sonra onun əsas paraşütləri buraxılıb. Daha sonra aparıcı Crew Dragon-un Atlantik Okeana endiyini təsdiqləyib.

Missiya BKS-ə aprelin 8-də yola düşüb. Ekipaj üzvləri təxminən 10 gün orada qalmalı idilər, lakin Florida sahillərindəki əlverişsiz hava şəraiti okeanda ekipajı götürməyə mane ola biləcəyi səbəbindən qayıdış bir neçə dəfə təxirə salınmalı oldu. Bu səbəbdən ekipaj kosmosda təxminən 15 sutka qalmalı oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti