...

Çin silahlı qüvvələri Tayvan sularında hərbi təlimlər keçirib

Dünya xəbərləri Materials 9 May 2022 06:57 (UTC +04:00)

Bakı. Trend:

Çin silahlı qüvvələri Tayvan adasının sahillərinin şərq və cənub-qərbindəki sularda hərbi təlimlər keçirib.

Trend xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

Onun WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd olunur ki, manevrlər HDQ və HHQ iştirakı ilə baş tutub. Təlimlərə adi başlıqlı raketlər cəlb olunub.

"Təlimlərin keçirilməsində məqsəd ümumqoşun əməliyyatlar zamanı müxtəlif qoşun növlərinin döyüş hazırlığının yoxlanılması və artırılmasıdır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti