...

ABŞ-ın neft ehtiyatları artıb

Dünya xəbərləri Materials 12 May 2022 01:44 (UTC +04:00)
ABŞ-ın neft ehtiyatları artıb

Bakı. Trend:

ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 8,49 milyon barel artaraq mayın 6-na 424,21 milyon barel təşkil edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, cari ehtiyat göstəriciləri son beş ildə analoji dövrün orta səviyyəsindən təxminən 13% aşağıdır.

Londonun ICE birjasında saat 18:45 üçün Brent markalı neftin iyul fyuçersləri 5,1% artaraq 107,64 dollar/barelə, WTI markalı neftin qiyməti isə 5,63% artaraq 105,38 dollar/barelə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti