...

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır

Dünya xəbərləri Materials 15 May 2022 10:14 (UTC +04:00)
Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır

Bakı. Trend:

Finlandiya mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edə bilər.

Trend-in məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində bildirib.

"Bizim tərəfdən NATO-nun Brüsseldəki Daimi Nümayəndəsi bunu yəqin ki, çərşənbə günü edəcək. NATO ilə danışıqlar başlasa, bununla xarici işlər naziri və müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti məşğul olacaq", - deyə nazir qeyd edib.

Qeyd edək ki, mayın 16-da Finlandiya parlamenti ölkənin Şimali Atlantika Alyansına daxil olması perspektivləri ilə bağlı debat keçirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti