...

"Google" İspaniyada 10 milyon avro cərimələnib

Dünya xəbərləri Materials 18 May 2022 20:14 (UTC +04:00)
"Google" İspaniyada 10 milyon avro cərimələnib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Fərdi Məlumatların Müdafiəsi Agentliyi "Google" şirkətini 10 milyon avro məbləğində cərimələyib.

Trend-in məlumatına görə, bu barədə agentliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, ABŞ şirkəti iki ciddi qayda pozuntusuna görə cərimə olunub.

Məlumata əsasən, "Google" fərdi məlumatları heç bir hüquqi əsas olmadan üçüncü tərəflərə ötürməkdə, eləcə də vətəndaşların məlumatları silə bilməsinə əngəl yaratmaqda təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti