...

ABŞ Türkiyənin NATO-nun genişlənməsi ilə bağlı narahatlığının aradan qalxacağına əmindir

Dünya xəbərləri Materials 19 May 2022 05:08 (UTC +04:00)
ABŞ Türkiyənin NATO-nun genişlənməsi ilə bağlı narahatlığının aradan qalxacağına əmindir

Bakı. Trend:

ABŞ hakimiyyəti əmindir ki, Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı narahatlığı aradan qalxacaq.

Trend xəbər verir ki, bunu Ağ Evdə brifinq zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Biz əminik ki, son nəticədə Finlandiya və İsveçin üzvlük prosesi effektiv olacaq və Türkiyənin narahatlığı aradan qalxa bilər. Finlandiya və İsveç bunun üçün Türkiyə ilə işləyirlər, biz də Türkiyə tərəfi ilə danışırıq və kömək etməyə çalışırıq", - deyə C.Sallivan bildirib.

O bildirib ki, o, çərşənbə günü türkiyəli həmkarı ilə danışıb, ABŞ dövlət katibi Entoni Blinken isə BMT-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. "Və bunun bizi hara aparacağına dair çox yaxşı hisslərimiz var", - deyə C.Sallivan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti