...

Blinken və Çavuşoğlu NATO və Ukraynanı müzakirə ediblər

Dünya xəbərləri Materials 19 May 2022 02:15 (UTC +04:00)
Blinken və Çavuşoğlu NATO və Ukraynanı müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda görüşərək NATO-da əməkdaşlıq, Ukraynadakı vəziyyət və bir sıra digər məsələləri müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, E.Blinken və M.Çavuşoğlu iki ölkənin NATO tərəfdaşları və müttəfiqləri kimi əmin əməkdaşlığını təsdiqləyiblər.

"ABŞ və Türkiyə aktual geosiyasi problemləri həll etmək üçün birgə işləmək öhdəliyini təsdiqləyiblər", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, E.Blinken və M.Çavuşoğlu iki ölkə arasında “strateji mexanizm çərçivəsində ikitərəfli əməkdaşlığı gücləndirmək” barədə razılığa gəliblər.

ABŞ dövlət katibi və Türkiyə XİN rəhbəri təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə, enerji və ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə, ticarət əlaqələrinin möhkəmləndirilməsi üzrə əməkdaşlığı gücləndirmək üçün metodları və mümkün addımları müzakirə ediblər” və “bir sıra regional məsələlər üzrə qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti