...

Fransada "meymun çiçəyi" xəstəliyinə yoluxması ehtimal edilən xəstə aşkarlanıb

Dünya xəbərləri Materials 20 May 2022 07:22 (UTC +04:00)
Fransada "meymun çiçəyi" xəstəliyinə yoluxması ehtimal edilən xəstə aşkarlanıb

Bakı. Trend:

Fransa “meymun çiçəyi” xəstəliyinin yayıldığı növbəti Avropa ölkəsi ola bilər.

Trend xəbər verir ki, bu barədə yerli BFMTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, mayın 19-da Fransanın ictimai səhiyyə orqanı tibb mütəxəssislərinə İle-de-Fransda "meymun çiçəyi" ilə bağlı ilk şübhəli hadisənin müəyyən edildiyini bildirən sənəd ünvanlayıb. Xəstə barəsində digər hər-hansı bir məlumat verilmir.

Sənəddə qeyd olunur ki, ölkədə xəstəliyə birinci yoluxma halını təsdiqləmək üçün əlavə təhlillər və virusun olub-olmaması üçün bir sıra testlər aparmaq lazımdır.

Qurum bildirir ki, çiçək xəstəliyinin simptomları bədən istiliyinin 38 ° C-dən yuxarı olması, "vezikulyar səpgi", sətəlcəm və ya bilinən səbəb olmadan beynin iltihabıdır.

Qeyd edək ki, son həftələrdə "meymun çiçəyi" virusu Avropanın bir neçə ölkəsində qeydə alınıb. İspaniya, Portuqaliyada və İtaliyada ümumilikdə 40-dan çox şəxs bu virusa yoluxub. Bundan başqa, yoluxmalar Böyük Britaniya və ABŞ-da da müəyyən edilib.

"Meymun çiçəyi" qızdırma və səpkilərlə müşayiət olunan nadir infeksion xəstəlikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti