...

Avropanın daha bir neçə ölkəsində "meymun çiçəyi" aşkar edilib

Dünya xəbərləri Materials 20 May 2022 15:21 (UTC +04:00)
Avropanın daha bir neçə ölkəsində "meymun çiçəyi" aşkar edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın daha bir neçə ölkəsində "meymun çiçəyi" xəstəliyinə yoluxma faktları aşkar edilib.

Trend-in məlumatına görə, Almaniyada bir nəfər bu xəstəliyə yoluxub. Xəstənin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Bundan başqa, son 24 saat ərzində Fransa və Belçikada da "meymun çiçəyi"nə yoluxmalar müəyyən edilib.

Qeyd edək ki, "meymun çiçəyi" bu günədək Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, eləcə də ABŞ-da aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti