Bakı. Trend:
Böyük Britaniya hakimiyyəti koronavirus ilə bağlı təhlükə səviyyəsini dördüncü səviyyədən üçüncü səviyyəyə endirib (ümumilikdə beş səviyyədir).
Trend-in məlumatına görə, bu barədə qərar İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiyanın baş həkimləri tərəfindən elan edilib.
"Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin tövsiyələri fonunda, biz [Birləşmiş Krallığın müxtəlif hissələrinin] Baş Tibb Mütəxəssiləri və İngiltərə Milli Səhiyyə Xidmətinin Baş Tibb Mütəxəssisi razılaşdıq ki, təhlükə 4-cü səviyyədən 3-cü səviyyəyə qədər aşağı salınmalıdır", - deyə qərarda qeyd olunub.
Eyni zamanda, Britaniyanın baş tibb işçiləri koronavirus infeksiyasının yeni ştammlarının, xüsusən BA.4, BA.5 və BA2.12.1-in yayılması səbəbindən yoluxanların sayının artması ehtimalı barədə xəbərdarlıq ediblər.