...

Fransada məktəb yeməkxanasında kütləvi zəhərlənmə baş verib

Hadisə Materials 21 May 2022 01:59 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Şatne-Malabri kommunasında yerləşən məktəbin yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə "France Bleu" radiosu xəbər verib.

Məlumata əsasən, 363 şagird və böyüklər arasında 20 nəfər şəxs zəhərlənib.

Hadisə mayın 19-da baş verib. Şagirdlər, müəllimlər və digər məktəb işçiləri "ürəkbulanma, qarın ağrısı, qusma və ya ishal" kimi simptomlarla qarşılaşıblar. Üç azyaşlı xəstəxanaya yerləşdirilməli olub.

Hadisə fonunda yeməkxana yoxlama üçün bağlanıb. Hazırda ekspertlər hadisənin səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti