...

Türkiyə cənub sərhədində 30 kilometrlik təhlükəsizlik zonası yaradır - Ərdoğan

Dünya xəbərləri Materials 23 May 2022 22:20 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə cənub sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılması üzrə işləri tamamlamaq üçün addımlar atacaq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində deyib.

"Türkiyə üçün təhlükə yaradan terror təşkilatlarına hər cür dəstək verməklə onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəkməlidirlər. Cənub sərhədlərimiz boyunca 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün işimizin çatışmayan hissələri üzərində işləyirik", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti